Saleh Məmmədov,
Professor, sabiq Maliyyə naziri
***
Məmməd Əmin Rəsulzadə gəmisinin kiçik qəzaya uğramasından sonra Azərbaycan mətbuatında baş verən ajiotaj tərəfimizdən saatbasaat izlənmişdir.
Əvvəla, gəminin sahibi Palmalı şirkətinin rəhbərlərinə və bütün Məmməd Əmin sevərlərə keçmiş olsun deyirəm və gəminin tezliklə tam bərpa olunması və səfərə yollanması münasibətilə hər kəsi təbrik edirəm.
Dəniz nəqliyyatı başqa daşıma növlərinə nisbətən daha çox riskə məruz qalan sahədi və hər hansı gəminin qəza və ya zədələnməsi ehtimalı çoxdur. Bu gəminin zədələnməsi də adi haldır və tezliklə də qəzanın nəticəsi aradan qaldırıldı. Amma gəminin M. Əmin adını daşıması və ilk səfərə çıxması zamanı qəzaya uğraması, həm də bunu bəzi sifarişli mətbuat orqanlarının sevincək elan etməsi bir sıra şübhələrin yaranmasına şərait yaratdı. Səbəbləri araşdırılır, yəqin ki, real vəziyyəti üzə çıxardacaq. Günahkarlar varsa, təbbi ki, cəzasını alacaqdır.
Amma 4 günlük geniş müzakirələr Azərbaycan ictimaiyyətində çox maraqlı meylləri ortaya çıxartdı:
1. Azərbaycan ictimaiyyətinin monolitliyi – adətən hər bir müzakirədə iqtidar və müxalifət, müxtəlif bölgə nümayəndələri, müxtəlif təriqətlər və ya dinlər və s. qruplaşmalar qarşı qarşıya gəlirdi. Amma bu gəmi müzakirələrində fikir ayrılığı iki-üç nəfər istisna olmaqla yekdilliklə haqqın tərəfində yer aldılar və iki-üç nəfər yanlış informasiya yayanlar faktiki olaraq ifşa olundu. Hətta əks tərəfin müəyyən qüvvələrinə xidmət edən "trollar” belə yanlış informasiya yayanlara, sifariş yerinə yetirənlərə dəstək vermədilər.
Trollar qalsın bir yana, bu mətbuat orqanlarının yanlış-saxta informasiyasına bu mətbuat orqanlarının öz əməkdaşları dəstəkdən imtina etdilər. Haqqın.az saytının öz dərcinə və bölüşmələrinə bir nəfər olsun belə müsbət rəy vermədilər və dərc olunan rəylər, şərhlər və mülahizələr hamısı saytın bu dərcini qınadılar. Bu saytdan başqa daha mülayim formada da olsa, bu saxta informasiyanı təkarar tirajlayan iki-üç mətbuat orqanı da eyni vəziyyətdə qaldı. Bu hal milli monolitliyi, konsolidasiyanı ifadə edir və belə monolitliyi heç bir daxili və xarici qüvvə sındıra bilməz.
2. Obyektivliyin qorunması-bütün müzakirələrdə obyektivlik qırmızı xəttlə keçir. Mən tarixdə Azərbaycan şəraitində hadisə və proseslərə bu qədər obyektiv və yekdil yanaşma tərzinə rastlaşmamışdım.
İnsan psixologiyası çox mürəkkəb prosesdir.
İnsanlardan 90-100 faizli dəstək almaq çox mürəkkəb və nadir hadisədir. Bu müzakirələrdə Palmalı şirkəti və onun sahibi müzakirələr prosesində iştirakçıların 99%-dən çoxunun dəstəyini qazandı. Mübariz Mənsimov və onun qurduğu Palmalı şirkəti böyük qüvvədi, Azərbaycan həyatı ilə ən sıx əlaqələri olan, o ən çox xeyriyyəçilik işinə pul xərcləyən iş adamıdı (mənim hesablamalarıma görə Azərbaycan üzrə M. Mənsimovun xeyriyyə məbləğinin, illah da, elmə və təhsilə, həcmi bütün digər leqal və qeyri leqal xeyriyyə məbləğlərindən, ö cümlədən xaricdəki iş adamlarının, milyrderlərin, milyonerlərin xeyriyyəçiliyindən çoxdur), dəfələrlə bugünkü iqtidara bağlı olduğunu və siyasətdən tamamilə kənar olduğunu elan etmişdi.
O, hətta dəfələrlə özünü H. Əliyevin əsgəri olduğunu bəyan etmişdi, çünki insanları dəyərləndirməyi bacarır, özü xarakter etibarı ilə obyektivdir: Onun Rusiyada hərbi məktəbdə təhsil almasını H. Əliyev özü şəxsən təmin etmişdir və o təhsilin hesabına bu qədər zəngin imkanlara sahib olmuşdur.
Azərbaycan xalqı belə bir xarakteri yüksək dəyərləndirməsi çox müsbət haldı və ölkəyə gələ biləcək hər hansı təhlükənin tamamilə qarşısının alınma imkanlarının olmasına dəlalət edir. Ölkəmiz dini və milli psixologiya etibarı ilə parçalanmağa çox meyllidi və tarixi proseslər də bunu isbat edir. Amma millətinə, vətəninə bağlı belə bir konsolidasiya gücünün olması həm bütün siyasi qüvvələr üçün fövqəladə əhəmiyyətə malikdi.
Bir məsələni də diqqətə almaq lazımdır ki, belə səviyyəli reytinq heç də siyasi reytinq deyil, bu tam əksinə, M. Mənsimovun siyasətdən kənar qalacağı haqqında bəyanatdan sonra formalaşan xalq sevgisidi. Xalq sevgisi isə qətiyyən qəlblərdən heç vaxt çıxarıla bilməz.
Ölkəmiz ağır vəziyyətini yaşayır, torpaqlarımız işğal altındadır, Azərbaycanlıla parça-parçadı, cəmi 20% əhalimiz kiçicik bir ərazidə müstəqil dövlətimizi qurmuşuq. Bu dövləti qorumaq, inkişaf etdirmək, imkan daxilində torpaqlarımızı işğaldan azad etmək hər birimizin müqəddəs borcu, vəzifəsi kimi qəbul edilməlidir.
Bu qısa təhlili ona görə qələmə aldım ki, millətin bütün qüvvələri səfərbərliyə alınmalıdır, millətə-ölkəyə bağlı, bu yolda bütün varlığını qurban verməyə hazır olan M. Mənsimov kimi qüvvələrimiz bizdən uzaqlaşdırılmamlıdır, əksinə, birləşdirilməli, istifadə olunmalıdır.
Milli mənafe daşıyıcılarını şəxsi maraqlara, oliqarx, korrupsiya maraqlarına qurban vermək olmaz. Saxta informasiyalar yayan bir cüt bir tək informasiya vasitələrini bu informasiyaları tamamilə efirdən yığışdırmağa, millətdən üzr istəməyə çağırıram.
Mia.az