Mia.az xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev avqustun 2-də əmr imzalayıb.
Əmrə əsasən, bu ilin sentyabr ayının 1-dən SOCAR-ın aparat və tabeliyindəki bütün qurumlarda çalışanların aylıq vəzifə maaşı 20 faiz artırılacaq.
Əmrin icrası SOCAR-ın vitse-prezident Süleyman Qasımova tapşırılıb.
Mia.az