Gürcüstanda benzin və dizelin qiyməti artıb.
Mia.az "Report”a istinadla xəbər verir ki, bahalaşma Gürcüstanda fəaliyyət göstərən əksər şirkətlərə məxsus yanacaqdoldurma məntəqələrində qeydə alınıb.
"Regular” markalı benzinin qiyməti 5 tetri, digər növ benzin və dizelin qiyməti isə 3-6 tetri bahalaşıb.
Qiymət artımına səbəb milli valyuta olan larinin dəyərdən düşməsidir.