Avstriyanın paytaxtı Vyanada keçirilən OPEC Nazirlər Şurasının iclasında qərara alınmış neft hasilatının azaldılmasına dair razılaşmanın müddəti 9 ay uzadılıb.
"Reuters” xəbər verir ki, bu barədə görüş iştirakçıları bildiriblər.
TASS isə nazirlərin qapalı iclas keçirdiklərini, yekun qərarın hələlik verilmədiyini xəbər verir. Nümayəndələrdən biri qeyd edib ki, məsələ 99 faiz razılaşdırılıb/Report.