Bakı Olimpiya Stadionunda 23:00-da UEFA Avropa Liqasının final qarşılaşması baş tutub.
Mia.az xəbər verir ki, 68 minlik azarkeş tutumuna sahib olan Bakı Olimpiya Stadionunda İngiltərənin iki təmsilçisi – "Arsenal” və "Çelsi” qarşılaşıblar.
Oyunda ilk hissədə qol səsi çıxmasa da, ikinci hissənin 49-cu dəqiqəsində "Çelsi" hesabı açıb - 0:1
60-cı dəqiqədə "Çelsi" daha bir qol atıb - 0:2
65-də "Çelsi" 3-cü qol da vurub - 0:3
69-cu dəqiqədə "Arsenal" bu qollardan birinin əvəzini çıxıb - 1:3
Bu qoldan 3 dəqiqə sonra isə "Çelsi" 4-cü qola imza atıb - 1:4
Beləliklə, "Çelsi" "Arsenal"ı 4-1 məğlub edərək, Avropa Liqasının qalibi olub.
***