İtaliyanın "Yuventus” futbol klubunun baş məşqçisi Massimiliano Alleqri istefaya göndərilib.
Mia.az xəbər verir ki, 51 yaşlı italiyalı mütəxəssisin istefası ilə bağlı klubun Direktorlar Şurasının sədri Andrea Anyelli mayın 18-də mətbuat konfransı keçirəcək.
Xatırladaq ki, 2014-cü ildən "Yuventus” klubunu çalışdırdı.