Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.
Mia.az xəbər verir ki, həlledici matça vəsiqə qazanan ilk komandanın adına yarımfinalın "Liverpul" "Barselona" görüşündə aydınlıq gəlib.
"Nou Kamp"dakı matçda kataloniya klubu 3 cavabsız qolla qalib gələrək, böyük üstünlük əldə etsə də, rəqib meydanda üstünlüyünü qoruyub saxlaya bilməyib.
İngilislər evdə 4 cavabsız qol vuraraq, fantastika nümayiş etdiriblər.
4:0 hesablı qələbə "Liverpul”u finala aparıb.
Qeyd edək ki, yarımfinalın digər cavab matçında bu gün "Ayaks" "Tottenhem"i qəbul edəcək.
23:00. "Liverpul" (İngiltərə) - "Barselona" (İspaniya) - 4:0
Qollar: Origi, 7 (1:0), Veynaldum, 54 (2:0), 56 (3:0), Origi, 79 (4:0)
İlk oyun - 0:3
8 may
23:00."Ayaks" (Hollandiya) - "Tottenhem" (İngiltərə)
İlk oyun - 1:0