Bu gün Türkiyə Super Liqasının 31-ci turunda "Qalatasaray" "Beşiktaş"ı qəbul edib.
Mia.az xəbər verir ki, 51.578 azarkeşin izlədiyi matçda "Qalatasaray" derbini qazanan tərəf olub.
Belə ki, oyunda ilk qolu 44-cü dəqiqədə Onyekuru vurub. 54-cü dəqiqədə isə Fernando fərqi iki topa çatdırıb - 2:0.
Bu qələbədən sonra 63-cü xalını qazanan "Qalatasaray" "Başakşehir"lə xallarını bərabərləşdirib və liderliyə yüksəlib. "Beşiktaş" isə 59 xalla üçüncüdür.