Ötən axşam Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında "Barselona" ilə "Liverpul" üzə-üzə gəlib.

Mia.az xəbər verir ki, "Kamp Nou" stadionunda baş tutan oyunda "Barselona" ingilis klubuna  qalib gəlib - 3:0.

Oyunda iki qola Messi imza atıb. Digər qolu isə  Luis Suares vurub.

Xatırladaq ki, cavab oyunu  mayın 7-də keçiriləcək.