Mia.az TRT-yə istinadən xəbər verir ki, oyundan sonra klub futbolçulara 2 günlük istirahət verib. Lakin 7 futbolçu avtobusla geri dönmək istəyib.
Məlumata görə, futbolçular Alaniyaya az qalmış qəzaya düşüblər. Nəticədə daha ağır yaralanan və eyni zamanda Çexiya yığmasının futbolçusu Jozef Sural xəstəxanada vəfat edib.
Digər 6 futbolçunun durumunun isə yaxşı olduğu bildirilir.