"Bank Respublika” ASC-nin Müşahidə Şurasının növbəti yığıncağı keçirilib.
Yığıncağda Tariyev İsmayılovun Bankın İdarə Heyətinin yeni sədri vəzifəsinə təyin edilməsi barədə qərar qəbul edilib.
O, aprelin 2-dən səlahiyyətlərinin icrasına başlayacaq və sədr vəzifəsində Asəf Namazovu əvəz edəcək.
Bildirilib ki, A.Namazov tutduğu vəzifədən öz xahişi əsasında azad edilib.