“Sirab”ın sahibi yeni şirkət yaradıb.
Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.
Məlumata görə, “Sirab Mineral Sular” MMC Naxçıvan Şəhər Vergilər İdarəsində dövlət qeydiyyatına alınıb.
Şirkətin qanuni təmsilçisi Babək “Sirab” ASC və “Badamlı Mineral Sular” MMC-nin İdarə Heyətinin Sədri Namiq Novruzovdur.