"Az-Granata" MMC "Nəsimi ili" ilə bağlı istehsal etdiyi şirələr sosial şəbəkədə qıcıq yaradıb.

Mia.az xəbər veirr ki, bu barədə təhsil üzrə ekspert Etibar Əliyev maraqlı foto və status paylaşıb.

O, şirənin üzərindəki "Məndə sığar min vitamin, mən bu qutuya sığmazam"a diqqət çəkərək belə yazıb: ""Az-Granata" MMC "Nəsimi ili"nə belə başlayıb! Səviyyəyə baxın. Hələ bu səviyyə ilə araq da istehsal edirlər...".

Etibar Əliyevin statusuna tanınmış şəxslər də şərh yazıb.

Məsələn, hüquqşünas Sahib Məmmədov belə yazıb: "Sintetik paraşokdan hazırlanır. İçmək mısləhət deyil".