"Meliorasiya və Su Təsərrüfatı” ASC Lexus LX470, Hyundai-Genesis (Biznes sinifinə aiddir), Hyundai-Santa Fe, Hyundai-Tucson, Hyundai İX 35, Hyundai-Sonata və BMW markalı (BMW-740 LI, BMW-525I, BMW-320I ) minik avtomobillərinə cari təmir işləri və servis xidmətinin satın alınmasına dair "Lexus Bakı” MMC, "Şərq Motors" MMC və "İmproteks Motors" MMM ilə 3 ayrı müqavilə imzalayıb.

Bu xidmətlərin müqabilində büdcə təşkilatı yuxarıdakı şirkətlərə müvafiq olaraq 5 000 manat, 20 360 manat və 10 000 manat ödəyib.

Xatırladaq ki, ötən il cəmiyyət həmin avtomobillərin cari təmir işləri və servis xidmətinə görə bu şirkətlərə müvafiq olaraq 2 800, 19 000 və 8 400 manat ödəyib.

Finans.az