Bu il fevralın 1-nə Azərbaycanın bank sektoru 508 filiala və 130 şöbəyə malik olub.

Maliyyə Bazarlarına Nəzarət Palatası xəbər verir ki, bu, ötən il fevralın 1-i ilə müqayisədə müvafiq olaraq 3 vahid və 12 vahid azdır.

Bu ilin yanvar ayında isə bankların filial və şöbələrinin sayında dəyişiklik olmayıb.