2018-ci il ərzində "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə fəaliyyətlərə, təqribən, 505 mln. dollar əməliyyat məsrəfləri xərclənib.
Bu barədə "Report” yataqlar blokunun operatoru olan "BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı illik hesabata əsasən xəbər verir.
Məlumata görə, bu, 2017-ci ilin göstəriciləri ilə müqayisədə 49 mln. dollar və ya 10,7% çoxdur.
2018-ci il ərzində yataqlar blokunun fəaliyyətlərinə təqribən 1 mlrd. 150 mln. dollar əsaslı məsrəflər xərclənib ki, bu da 2017-ci ilin göstəriciləri ilə müqayisədə 30 mln. dollar və ya 2,5% azdır.
AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), "Chevron” (9,57%), "İnpex” (9,31%), "Equinor” (7,27%), "ExxonMobil” (6,79%), TPAO (5,73%), "İtochu” (3,65%), ONGC Videsh Limited (OVL) (2,31%).
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından "BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.