Mərkəzi Bank valyuta ehtiyatlarını 300 milyon dollara qədər artırıb.
Bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi bankın sədri Elman Rüstəmov deyib.
O bildirib ki, bu, 5 faiz artım deməkdir:
"Aprel və iyun aylarında qonşularımızın milli valyutasında dəyişiklik oldu və bu, manata həm də psixoloji təsir edirdi. Mən o zaman da dedim ki, bunun heç bir iqtisadi səbəbi yoxdur. Doğrudan da bu, o ölkələrdəki daxili siyasi faktorlar ilə bağlıdır”.