Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Reyestr xidmətinin rəhbəri təyin olunub.
Mia.az Banker.az-a istinadən xəbər verir ki, həmin vəzifəyə Seymur Həsənov təyinat alıb.
Seymur Həsənov bu vəzifənin icrasına yanvardan başlayıb.
Qeyd edək ki, Seymur Həsənov 2016-ci ildən MBNP-nın sıralarına qoşulub.
O, bundan öncə Azərbaycan Mərkəzi Bankında 2 il çalışıb.