Azərbaycanda noyabr ayı üzrə gündəlik neft hasilatı 801 min barel olub.
Bu barədə Mia.az-a Energetika Nazirliyindən məlumat verilib.
Bildirlib ki, noyabr ayında gündəlik neft hasilatının həcmi oktyabr ayından 2,3% çox olub:
"Ötən ay hasilatın 733 min barelini xam neft, 68 min barelini kondensat təşkil edib.
Gündəlik 605 min barel xam neft, 68 min barel kondensat, 6 min barel isə neft məhsulları ixrac edilib".