Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) noyabr ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb. 

 ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən Mia.az-a verilən məlumata görə, ötən ay valyuta hərraclarında 654,1 mln. dollar məbləğində vəsait satılıb.