Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası üçüncü - yekun oxunuşda təsdiqlənib.
"Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası haqqında" qanun layihəsində Palata üzrə xərclər smetasının ümumi məbləği 4 368 941 manat proqnozlaşdırılıb. Bununla da, Hesablama Palatasının gələn il üçün saxlanma xərcləri 13,42% artırılıb.