Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "İKT ili" çərçivəsində
"Respublikada "Elektron hökumət”: mövcud vəziyyət, problemlər,
perspektiv və gözləntilər” mövzusunda analitik məqalə müsabiqəsi elan
edir. Müsabiqədə jurnalistlərlə yanaşı, elmi işçilər, mütəxəssislər və
maraqlı olan digər şəxslər iştirak edə bilər. Müsabiqədə iştirak etmək
istəyən şəxs "www.e-gov.az” portalında qeydiyyatdan keçməli və
məqalələri göndərərkən qeydiyyat nömrəsini e-məktuba əlavə etməlidir.
Qeydiyyat tarixi 28 avqust 2013-cü il tarixinədəkdir.
Müsabiqə 2
mərhələdə keçiriləcək. Birinci mərhələ 2013-cü il 15 iyul-31 avqust,
ikinci mərhələ 01-20 sentyabr tarixlərini əhatə edəcək. Birinci
mərhələdə iştirakçılar məqaləsini hər hansı bir qəzet, jurnal və ya
elektron KİV-də dərc etdirməli, dərc olunmuş qəzet, jurnal səhifəsinin
skan edilmiş surəti və ya məqalənin internet ünvanını Təşkilat
Komitəsinə göndərməlidir. Məqalələrin dərc olunma tarixi qeydiyyat
tarixindən sonrakı tarixə uyğun olmalıdır.
Birinci mərhələnin
nəticələrinə əsasən Təşkilat Komitəsi tərəfindən qiymətləndirilmiş 10
nəfər ikinci mərhələyə keçəcək. Bu mərhələdə onlar Təşkilat Komitəsi
tərəfindən müəyyən ediləcək mövzular üzrə məqalələr hazırlayıb dərc
etdirməlidirlər.
İştirakçı tərəfindən müsabiqəyə təqdim edilən
məqalə sayına məhdudiyyət qoyulmur və qeydiyyat dayandırılana qədər
iştirakçı məqaləsindən imtina edib yeni məqalə ilə çıxış edə bilər.
Hər
bir məqalədə "Elektron hökumət” portalının ünvanının (www.e-gov.az)
göstərilməsi əsas şərtlərdəndir. Dərc olunmuş məqalənin elektron
variantı "Elektron hökumət” portalının "Facebook” və "Twitter”
səhifəsində açıq müzakirəyə yerləşdirilməsi üçün təqdim olunmalıdır.
Qeyd olunan şərtlərə uyğun olmayan məqalələr Təşkilat Komitəsi
tərəfindən baxılmayacaqdır.
Təşkilat Komitəsi qiymətləndirmə
zamanı məqaləyə sosial şəbəkələrdən daxil olmuş rəyləri, iştirakçının
"Elektron hökumət” portalından istifadə fəallığını, portalın analiz
olunmasında "Elektron hökumət” bülletenlərinə istinadları və təcrübi
digər faktları nəzərə alacaqdır. Qiymətləndirmənin nəticələri "Elektron
hökumət” portalında dərc olunacaq.
2013-cü ilin sentyabr
ayında müsabiqənin yekunlarına həsr olunmuş təqdimat mərasimi
keçiriləcək, qaliblər mükafatlandırılacaq və ən yaxşı məqalələr
"Elektron hökumət” portalında (www.e-gov.az) elan olunacaqdır.
Müsabiqənin mükafat fondu:
"Qran Pri” - 3000 manat
1-ci yer - 2500 manat
2-ci yer - 1500 manat
3-cü yer - 1000 manat
4-10-cu yerlər – noutbuklar
İştirakçıların hər birinə e-imza vəsiqəsi, kart oxuyucusu, 6 aylıq "Azdatakom” internet xidməti (2 Mb/s) hədiyyə ediləcək.
Müsabiqə üçün yazılmış məqalələr bu ünvana göndərilməlidir.
[email protected]
Müsabiqə haqda daha geniş məlumatları "www.e-gov.az” "Elektron hökumət”
portalından, eləcə də RİTN-in Mətbuat xidmətindən əldə etmək olar.
Əlaqə telefonları: 157 (dax.4), 5984271 , fax: 565 14 52
"Qafqazinfo"
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müsabiqə elan etdi
DİGƏR XƏBƏRLƏR
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20
2026-02-03 09:04
2026-02-02 19:48