Tanınmış jurnalist, teleqraf.az saytının baş redaktoru Nicat Dağların
səhhətində ciddi problemlər yaranması barədə məlumatlar yayıldı. Bu
xəbər hamını ciddi narahat edir və həmkarımızın sağalması üçün müxtəlif
yollar axtarılır. Onun daxili və xarici qanaxmalarının yaranması qeyd
olunur. Nicat Dağların dostları, yaxınları onun müalicəsinə yardım
göstərilməsi üçün ölkə rəhbərliyinə müraciət hazırlayırlar.
Mia.az
Hafta.az-a istinadən xəbər verir ki, bu xəbərlər yayılanda isə heç
gözlənilmədiyi halda millət vəkili Etibar Hüseynov (eyni zamanda
həmkarımız-red.) öz facebook səhifəsində bu sözləri yazdı:
"Taleyin ironiyası - bir vaxtlar Rəsul Quliyevin bir MALADESi üçün
Heydər Əliyevin xəstəliyi ilə bağlı ironik, tərbiyəsiz və təhqiramiz
yazılar yazan jurnalist Nicat Dağların yaxınları ona yardım etmək ücün
prezident İlham Əliyevə müraciət etməyə hazırlaşırlar. Bəli, Rəsul
Quliyevə deyil, məhz İlham Əliyevə. İbrətamizdi. Allah şəfa versin.
Ramazan ayı xatirinə rəhm etsin”.
***
Tanınmış jurnalist,
teleqraf.az saytının baş redaktoru Nicat Dağların səhhətində ciddi
problemlər yaranıb. Bu barədə onun yaxınları məlumat verib. Onun daxili
və xarici qanaxmaları yaranıb, daha sonra müayinə zamanı qanının
tərkibinin parçalandığı, nəticə olaraq ciyərinin, dalağının zədələndiyi,
fəaliyyətlərində çatışmazlıqların olduğu aşkarlanıb. Onun durumu kritik
həddə çatdığı üçün yaxınları Nicat Dağları müayinə üçün Gürcüstana
aparıblar və orada analizlər verilib. Hələlik onun dəqiq diaqnozu
açıqlanmayıb, həkimlər ciddi qan xəstəliyindən şübhələnirlər. İlkin
müayinələr zamanı jurnalistin qaraciyərində çatışmazlıqların olduğu
təsdiqlənib. Həmkarımız hazırda gürcü həkimlərin təyin etdiyi
müayinələrdən keçir.
Nicat Dağların dostları, yaxınları onun
müalicəsinə yardım göstərilməsi üçünölkə rəhbərliyinə müraciət
hazırlayırlar. Eyni zamanda gərəkən xərcləri önləmək üçün bank hesabı
açmaq və marafon təşkil etmək qərarına gəlinib. Yaxın vaxtlarda
marafonla bağlı məlumat veriləcək.
Deputatdan jurnalistin xəstəliyinə ironik münasibət: "Bəli, Rəsul Quliyevə deyil, məhz İlham Əliyevə..."
DİGƏR XƏBƏRLƏR
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20
2026-02-03 09:04
2026-02-02 19:48