Sentyabrın 9-da Gəncə şəhərində xırda xuliqanlıq əməlinə görə həbs edilmiş Nail Hüseynov azadlığa buraxlılıb. Bu barədə Publika.az-a Gəncə Şəhər Baş Polis İdarəsindən məlumat verilib. Bildirilib ki, keçmiş baş nazir Sürət Hüseynovun oğlu olan Nail Hüseynov Göygöldəki saxlanma təcridxanasından azadlığa buraxılıb. Qeyd edək ki, N.Hüseynov Gəncədəki ?Ramada? otelində sərxoş vəziyyətdə ictimai yerdə söyüş söyməsi, insanlara qarşı qeyr-etik davranmasını görə həbs edilib. Sürət Hüseynov oğlunun həbsini ?təxribat? adlandırıb.