Seymur Baycanla Rövzən Hacıbəyli aclığa bazlayıb
Oktyabrın 23-də köşə yazarı Seymur Baycan, "Azadlıq" qəzetinin redaktoru Rövşən Hacıbəyli və "Yeni Müsavat" qəzetinin əməkdaşı Samir Kazımlı aclıq aksiyasına start verib, jurnalistlər - Şahvələd Çobanoğlu, Qan Turalı, Elçin Həsənov isə aksiyanı dayandırıblar.
2007-ci ildə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilən jurnalist Eynulla Fətullayev oktyabrın 19-dan Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirir. Aksiyanın tələbi Avropa İnsan Hüquqları Məhkəməsinin aprelin 22-də çıxardığı və oktyabrın 4-də qüvvədə saxladığı qərarın icra olunmasıdır. Həmin qərara görə, Eynulla Fətullayev azadlığa buraxılmalı və ona 27 822 avro təzminat ödənməlidir.
Oktyabrın 20-dən jurnalistlər Şahvələd Çobanoğlu, Qan Turalı və Elçin Həsənov ona dəstək aksiyasına başlamışdılar. Əvvəlcə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin ofisində aclığa başlayan jurnalistlər oktyabrın 21-dən Müsavat Partiyasının mərkəzi qərargahını aksiya məkanı kimi seçmişdilər. Seymur Baycan, Rövşən Hacıbəyli və Samir Kazımlı isə aksiya estafetini onlardan Müsavatın qərargahında təhvil alıblar.
DİGƏR XƏBƏRLƏR
2026-02-07 14:53
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20