2010-cu ildə ədəbiyyat üzrə Nobel mükafatına məşhur Peru yazıçısı Mario Varqas Liosa layiq görülüb. Bu mükafat ona hakimiyyət qurumları və müqavimət, qiyam və şəxsiyyətin məğlubiyyətinin hərtərəfli təsvirinə görə verilib. 1936-cı ildə Peruda anadan olmuş Mario Varqas Liosa son illər İspaniyanın Madrid şəhərində yaşayır. O, ?Şəhər və köpəklər? ,?Yaşıl ev? və ?Palomino Moleronu kim öldürdü? kimi bir sıra kitabların müəllifidir.