Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, polkovnik Rövşən Məhərrəmov tutduğu vəzifədən sərəncama göndərilib. Bu barədə Müdafiə Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Nazirlik bildirir ki, Bakı Hərbi Birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərovun vəzifəsindən uzaqlaşdırılması barədə bəzi KİV-lərdə yayılan məlumatlar əsassızdır.