Hazırda Mənzil İnşaat Agentliyi Bakı Nəqliyyat Agentliyilə əlaqəli şəkildə çalışır.
Bunu Prezident yanında Mənzil İnşaat Agentliyinin (MİDA) Aparat rəhbəri Anar Quliyev deyib.
O bildirib ki, Yasamal Yaşayış Kompleksinə 4 istiqamətdə marşrut xətti açılacaq: "Bundan başqa, mənzillər tam təmirli, mətbəx mebellərilə təmin olunmuş şəkildə alıcılara təqdim ediləcək".
A.Quliyev bildirib ki, mənzillərin satış qiyməti tam dəqiqləşməsə də ümumi mənzil bazardakından 25 faiz ucuz olacaq. O bildirib ki, Yasamal Yaşayış Kompleksi ilkin layihədir. İkinci layihə Suraxanı rayonu ərazidində reallaşacaq. Bu layihənin ərazisi daha geniş olacaq.
O qeyd edib ki, Suraxanı kompleksinin tikintisinə bu il başlanacaq: "Şərtlər eyni olsa da, ərazi üzrə orta bazar qiymətləri əsas götürüləcək".
modern.az