Venesuelanın Karakas şəhərindəki ABŞ səfirliyi, nəhayət, 7 il sonra fəaliyyətni bərpa edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  artıq dünəndən səfirlik qapılarını açıb.

Karakasdakı ABŞ səfirliyinin bu barədə açıqlamasında deyilir: "Biz Karakasdakı səfirliyimizdə rəsmi olaraq fəaliyyətimizi bərpa etdik. Bu addım Venesuelada müvəqqəti hökumət, vətəndaş cəmiyyəti və özəl sektorla birbaşa dialoq aparmaq imkanlarımızı artıracaq”.

Samir MUSAYEV
MİA.AZ