Milli Məclisin sədri Sahibə Qafarova Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyanın dəfn mərasimində iştirak etmək üçün Tbilisiyə səfər edəcək.

Parlament sədri dəfn mərasimdə iştirak edərək gürcü xalqına ehtiramını bildirəcək.

Patriarxla vida mərasimi Patriarxal iqamətgahdan Müqəddəs Üçlük Katedralina qədər yürüşlə müşayiət olunub.

Məlumata əsasən, II İliya martın 22-də Sioni Katedralinda dəfn ediləcək.

Qeyd edək ki, II İliya martın 17-də vəfat edib. Onun vəfatı ilə əlaqədar Gürcüstanda matəm elan olunub.

II İliya 1933-cü ildə anadan olub. Patriarx 1977-ci ildən Gürcü Pravoslav Kilsəsinə rəhbərlik edib. Onun rəhbərliyi ilə ölkədə yeparxiyaların sayı 42-yə, fəaliyyət göstərən kilsələrin sayı isə 48-dən təxminən 1000-ə yüksəlib. Həmçinin II İliya dövründə Tiflisdə Gürcüstanın ən böyük kilsəsi olan Müqəddəs Üçlük Patriarxal Katedrali tikilib.

MİA.AZ