"İranla müharibə bri neçə həftəyə bitəcək, bəlkə də bir az da tez...".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ Enerji nazir Kris Rayt bazar günü İranla müharibənin bir neçə həftəyə bitəcəyi barədə "ABC News"a açıqlamasında deyib.
O deyib ki, bu savaş bir neçə həftədən çox çəkməyəcək: "Bu münaqişə mütləq yaxın bir neçə həftə ərzində yekunlaşacaq".
Müharibənin dünya və ABŞ-dakı benzinin qiymətinə təsirinə gəlincə, nazir bildirib ki, amerikalılar benzini ən azı hələ bir ay da baha qiymətə almalı olacaq: "Müharibə bitəndən az sonra rahatlama olacaq, ona qədərsə gözləməlidirlər. Düzdür, belə şeylərdə əvvəldən tam təminat vermək çətindir".
Nazirin sözlərinə görə, İrann qlobal enerji təchizatına ən böyük təhlükədir. O, Hörmüz boğazında İranın nəzarət etdiyini deyib, əlavə edib ki, bu da neftin qiymətini kəskin artırıb: "İnd çoxları neft qiymətlərinin 200 dollardan yuxarı qalxacağından danışır. İran da boğazı qapatmaqla bu sahədə xaosa can atır. Lakin açıq demək lazımdır ki, neftin qiyməti müharibənin müddətindən aslı olaraq dəyişəcək".
Samir MUSAYEV
MİA.AZ