2026-cı ildə Azərbaycanda Novruz və Ramazan bayramlarının eyni günlərə təsadüf etməsi səbəbindən uzunmüddətli istirahət olacaq.

Mia.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, bu il 20, 21, 22, 23 və 24 mart tarixləri Novruz bayramı günləri kimi qeyri-iş günü hesab olunur. 21 və 22 mart tarixləri həftəsonuna düşdüyü üçün Əmək Məcəlləsinə uyğun olaraq 25 və 26 mart tarixləri də əlavə istirahət günü elan edilib.

Bundan əlavə, Ramazan bayramı 20 və 21 mart tarixlərinə təsadüf etdiyi və Novruz günləri ilə üst-üstə düşdüyü üçün 27 və 30 mart tarixləri də qeyri-iş günü sayılacaq. Beləliklə, 20 martdan 30 martadək (hər iki gün daxil olmaqla) ölkədə ardıcıl 11 gün qeyri-iş günü olacaq.

İş günləri isə 31 mart tarixindən bərpa olunacaq.