"ABŞ və İsrailin İrana hücumunda itki, sözsüz ki, var. Bu cür müharibələr itkisiz baş vermir. Daha çox itki olacaq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ Müdafiə naziri Pete Hegseth CBS televiziyasının "60 Dəqiqə" verilişinə açıqlamasında deyib.
O, ABŞ Prezidenti Donald Trampın İrana hücumda itkilərin olduğu barəsə sözlərinə haqq verib: "Amerikalılar, bizim nəsil tabutda evə qayıdışın necə olduğunu bilir. Bu, amerikalıları zəiflətmir, əksinə müharibəni bitirmək, qəəbə qazanmaq əzmlərini artırır"
Nazir qısa müddətdə İrana çox böyük zərbə vurduqlarını, donanmalarının çoxunu da məhv etdiklərini bildirib: "Qarşıdakı günlərdə İran donanmasından daha çox gəmi batırılacaq. İranın çox az ehtiyatı qalıb və bu səbəbdən hələ adi sursat və idarə olunmayan bombalardan istifadə mərhələsinə çatmamışıq. Buna çox yaxın müddətdə nail olacağıq. Nəhayət, İran sonda müharibədə tamam taqətdən düşəcək, təslim olmaqdan başqa çarəsi qalmayacaq. Biz müharibəyə hələ yeni başlamışıq. Buna görə də, əgər iranlılar sonda kimin qalib gələcəyini nəzərə almamışlarsa, bu, onların günahıdır. Onlar Prezident Trampın bu müharibədə nə qədər qətiyyətli olduğunu tezliklə anlamağa başlayacaqlar".
Samir MUSAYEV
MİA.AZ