"Regiondakı ölkələrlə heç bir düşmənçiliyimiz yoxdur".
Mia.az TRT Hbaer-ə istinadla xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian açıqlama verib.
O bildirib ki, qonşu ölkələrə hücumla bağlı Müvəqqəti Liderlik Şurasında müzakirə aparılıb: "Müzakirədə həmin ölkələrdən İrana hücum olmasa, qonşulara qarşı heç bir hücum edilməmək qərarı verilib. İranın regiondakı ölkələrlə heç bir düşmənçiliyi yoxdur. Sadəcə silahlı qüvvələrimiz ölkənin şərəfini qorumaq üçün müstəqil hərəkət ediblər. Baş verənlərə görə qonşu ölkələrimizdən üzr istəyirəm”
Pezeşkian daha sonra İranın özünümüdafiə hüququndan söz açıb: "Biz bu müharibəyə məcbur edilmişiik. Gəlin bir-birimizlə olan inciklikləri bir kənara qoyaq".
Tahir Şəlvəli
MİA.AZ