Fevralın 28-dən irana hücum qərarı verən ABŞ prezidenti Donald Tramp bu gün Tehran rejimini qeyd-şərtsiz təslim olmağa çağırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, İran rejiminin başqa yolu olmadığını sözlərinə əlavə edib:
"Qeyd-şərtsiz təslim olmaqdan başqa heç bir razılaşma olmayacaq!
Bu mərhələdən sonra qəbul edilən lider və ya liderlərin seçilməsi ilə İranı onların və müttəfiqlərin dəstəyi ilə məhv olma astanasından geri qaytarmaq üçün yorulmadan çalışacağıq. İran bundan sonra iqtisadi cəhətdən həmişəkindən daha böyük, daha yaxşı və güclü olacaq. İranın böyük gələcəyi olacaq. Gəlin İranı yenidən böyük edək".
Samir MUSAYEV
mia.az