İstanbulda "xərac" tələbinə yox deyən biznesmenlərin obyektlərini gülləbaran edərək onlardan təhdidlə "haqq" istəyən şəxslərə qarşı əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul polisi şəhərin dörd rayonunda iş yeri sahiblərini təhdid edən 10 kriminal şəxsi saxlayıb.
Məlumata görə, əməliyyat planı ilə həmin şəxslər Bağcılar, Kartal, Bakırköy və Arnavutköy rayonlarında iş yeri sahiblərini təhdid edərək, onlardan "xərac toplamaq" istəyib: "Həmin 10 nəfər əvvəlcədən müəyyən edilmiş ünvanlarda eyni vaxtda keçirilən əməliyyatla qandallanıblar. İstintaq davam edir".
Firudin Səfərli
MİA.AZ