Elgizin müəllifi və aparıcısı olduğu "Elgizlə izlə" proqramının bağlanması haqqında xəbər vermişdik.
Mia.az lent.az-a istinadla xəbər verir ki, aparıcı Elgiz Əkbər artıq ARB televiziyası ilə yollarını rəsmən ayırıb, kollektivlə xudahafizləşib.
Məlumata görə, Elgizin ARB-dən ayrılmasından sonra onun cəlb etdiyi sponsorlar da artıq kanalla əməkdaşlığını dayandırdığını bildirib.
Elgiz zənglərə cavab vermədiyi üçün, özündən rəy ala bilmədik. Televiziya kanalında isə telefona cavab verənlər “bizim bu barədə nəsə deməyə səlahiyyətimiz yoxdur” deyib cavabdan yayınırlar. Əgər danışmaq istəsələr onların da rəylərini dərc etməyə hazırıq.
Qeyd edək ki, həftə içi hər gün yayımlanan “Elgizlə izlə” verilişi bir həftədir fəaliyyətini dayandırıb.
Xatırladaq ki, bir neçə gün əvvəl aparıcı Tarix Əliyevin “Tarixin bir günü” verilişi də bağlanmışdı.