İsrail ordusu İran prezidentinin iqamətgahı ilə yanaşı, Tehrandakı bir çox hökumət binalarına zərbələr endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda İsrail ordusu son açıqlamasında bildirib.

Məlumatda deyilir ki, Prezidenti Məsud Pezeşkianın iqamətgahı və Ali Milli Təhlükəsizlik Şurasının binaları bir neçə  raket zərbələriylə ardıcıl şəkildə vurulub.

Məlumatda zərbə anında ölkə rəhbərliyinin orada iclas keçirdiyi iddia olunub. Lakin itkilər haqda təfərrüat açıqlanmayıb.

Hələlik İran mediası da bu xəbəri şərh etməyiblər.

Tahir Şəlvəli

MİA.AZ