ABŞ və İsrail tərəfəindən hücuma məruz qalan İran ən son kartlarını oynayır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq Tehran administrasiyası qlobal enerji ticarətinin mərkəzi tranzit yolllarından biri sayılan Hörmüz boğazını bağlamaqla yetinməyib, üstəlik, boğaza yaxınlaşan bütün gəmiləri vuracağı ilə hədələyib.
Bu barədə İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) bəyanat yaylb.
Bəyanatda deyilir ki, strateji dəniz yolundan keçməyə çalışan bütün gəmilər vurulacaq.
İran İnqilab Keşikçiləri Korpusu Komandanının müşaviri, briqada generalı İbrahim Cabari də dövlət televiziyasına müsahibəsində boğazın faktiki olaraq bağlandığını təsdiqləyib: "Bizim bu qərardan sonra neftin qiyməti 81 dollara çatıb. Dünya bu rəqəmin ən azı 200 dollara yüksələcəyini gözləyir. Hörmüz boğazı bağlıdır. Donanmamız və quru qüvvələrimiz bu boğazdan keçməyə çalışan hər bir gəmini yox edəcək"
Briqada generalı bildirib ki, İranın strategiyası yalnız boğazla məhdudlaşmayacaq, həm də regiondakı neft boru kəmərlərini hədəf alacaq: "Düşmən ünsürlərə təzyiqimiz getdikcə daha da artacaq. Bölgədən neft ixracına icazə verilməyəcək. ABŞ-ın enerji ehtiyacları var, onlar bölgənin neftinə susamışlar, amma bir damla belə neft ala bilməyəcəklər".
Tahir Şəlvəli
MİA.AZ