Bəs SOCAR -da aparılan struktur dəyişikliyi, "optimallaşma” adı atında kütləvi ixtisarlar Baş ofisə aid deyil ki?!
Mia.az xəbər verir ki, bu sualı Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Feysbuk-dakı hesabında verib.
O, daha sonra illər üzrə maraqlı statistika açıqlayıb.
Statistikadan görünür ki, aşağı tabeli qurumlarında sıravi işçilər, hətta xadimələr müxtəlif bəhanələrlə ixtisara salınsa da, SOCAR-ın Mərkəzi Aparatında əksinə olub. Yəni, rəhbər vəzifəli işçilərin sayı az qala iki dəfə artıb.
Komiə sədrinin illər üzrə açıqladığı statistikaya diqqət edin:
"01.01.2021-ci il tarixə SOCAR-ın Baş ofisi üzrə işçilərin sayı - 629 nəfər
- 01.01.2022-ci il tarixə SOCAR-ın Baş ofisi üzrə işçilərin sayı - 645 nəfər
- 01.02.2024-ci ildə SOCAR-ın Baş ofisində işçilərin sayı - 925 nəfər.
Yəqin ki, il ərzində əlavə qəbullar da olub. Bunlardan 65 nəfəri şirkət prezidentinin və vitse prezidentlərin müşavir, müavin və köməkçiləridir".
Samir MUSAYEV
mia.az