İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İsrail Baş naziri Binyamin Netanyahunun ofisini və İsrail Hərbi Hava Qüvvələri Komandanlığını vurduğunu bəyan edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, SEPAH sözügedən hədəflərin İranın yeni ballistik raketlərindən sayılan  "Xayber"lərlə vurulduğunu bildirib:  "İsrail Baş nazirinin ofisi və İsrail Hərbi Hava Qüvvələri Komandanlığının binası Xayber raketləri ilə vurulub"

İsrail rəsmiləri bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.

Mehr Xəbər Agentliyi isə SEPAH-ın ABŞ-ın bölgədki bazalarna və İsrailə yönəlik 10-cu raket hücumuna start verdiyini yazıb.

Tahir Şəlvəli

MİA.AZ