Parlamentdə Milli Məclisin adının Azərbaycan dilinin qrammatik normalarına uyğun olmaması məsələsi müzakirə olunub.
Mia.az xəbər verir ki, bunu deputat vitse-spiker Rafael Hüseynov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mədəniyyət haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan dilinin qrammatik normalarına görə, əslində mədəni sənaye yox, mədəniyyət sənayesi, mədəni yaradıcılıq deyil, mədəniyyət yaradıcılığı olmalıdır: "Çünki mədəni yaradıcılıq deyəndə onun məna çalarları ortaya çıxmalıdır. Bundan başqa, əslində Milli Məclis yox, Millət Məclisi olmalıdır. Türkiyədə də belədir. Biz millət vəkili deyirik, milli vəkil yox”.