ABŞ-İsrail hücumlarından sonra İran ABŞ bazalarının yerləşdiyi İsrail, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn də daxil olmaqla bir neçə region ölkəsinə zərbələər endirməyə davam edir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ötən gecə İran adıçəkilən ölkələrə növbəti dəfə PUA və raketlər buraxıb.
Məlumatda deyilir ki, İran Küveryt, Omman və BƏƏ-də bir neçə hədəflə yanaşı, İraqdakı Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı ABŞ logistika bazasını da PUA ilə vurub.
İraq mediası yazır ki, iki PUA-nın ABŞ-ın Viktoriya Logistika Bazasına "soxulub": "Bu kamikadze PUA-lardan biri ABŞ bazasındakı hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib, digəri isə İraq Xüsusi Əməliyyatlar Komandanlığının qərargahına zərər verib, lakin ölən və yaralanan yoxdur"
İraqdakı şiə milis qrupu Haşd əl-Şabi isə bəyanat yayaraq, İraqın qərbindəki Ənbar əyalətindəki qərargahına ABŞ-İsrailin birgə hava hücumu etdiyini açıqlayıb: "Nəticə dörd nəfər həlak olub, 11 nəfər yaralanıb".
Məlumatda o da deyilir ki, bir neçə ərəb lkəsi (BƏƏ, Bəhreyn başda olmaqla) İrana qarşı əks həmləyə hazırlıq görürlər.
Tahir Şəlvəli
MİA.AZ