"Rusiya və Azərbaycan liderləri arasında 25 dekabr 2024-cü ildə Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsi ilə bağlı əldə edilən razılaşmaların həyata keçirilməsi üzərində işləyirik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada jurnalistlərin sualına cavabda deyib.

O bildirib ki, Rusiya münasibətləri qaydaya salmağa çalışır: "Biz Azərbaycan təyyarəsi ilə bağlı bütün məsələləri yoluna qoymaq niyyətindəyik. Hazırda iş aparılır. Bu faciəni unutmayacağıq".

Samir Musayev

MİA.AZ