Türkiyənin yeni Ədliyyə naziri Akın Kürek NTV kalanlına müsahibəsində gözəl qızlarla kriminal dəstə yaratmaqda irtiham olunaraq ömürlük həbsə atılan Adnan Oktarla bağlı şok açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, nazir bir ay ərzində 292 vəkilin hazırda həbsdə olan cinayətkar təşkilatın lideri Adnan Oktarı ziyarət etdiyini açıqlayıb.

O bildirib ki, Adnan Oktar həmin vəkillərdən kuryer kimi yararlanır:

"Niyə 292 vəkil cinayətkar təşkilatın liderini ziyarət etməlidir? Çünki vəkillərdən kuryer kimi istifadə olunur. O vəkillər qondarma təşkilat liderinin təlimatlarını çölə ötürür və ya çöldən içəriyə gətirir. Yaxud da qondarma təşkilatın həbs olunan digər üzvlərinə mesaj aparırlar, onlara etirafçı olmamaları üşün vədlər çatdırılır".

Nazir deyib ki,  Ədliyyə Nazirliyi vəkillərin "kuryer" kimi istifadəsi ilə bağlı yeni bir hüquqi tənzimləmə planlaşdırır.

Firudin Səfərli

Mia.az