Bu gün ABŞ və Ukrayna heyətləri arasında Rusiya ilə müharibəyə son qoymaq üçün İsveçrənin Cenevrə şəhərində növbəti ikitərəfli danışıqlar başlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ilk açıqlama verib.
Onun sözlərinə görə, bu gün Cenevrədə danışıqlar prosesi çərçivəsində müzakirənın ardna start verilib: "ABŞ prezidenti Donald Trampın müşaviri Cared Kuşner və Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoffdan ibarət ABŞ nümayəndə heyəti ilə ikitərəfli danışıqlar başlayıb. Görüşdə Ukraynanı mənimlə birgə İqtisadiyyat, Ətraf Mühit və Kənd Təsərrüfatı naziri Oleksiy Sobolev, İqtisadiyyat nazirinin müavini Daryna Marçak və Parlament üzvü David Araxamiya təmsil edir. Biz bu gün Ukraynanın bərpası mexanizmləri, investisiya cəlb etmək üçün vasitələr və uzunmüddətli əməkdaşlıq çərçivələri kimi məsələləri ətraflı müzakirə edəcəyik"
Samir Musayev
MİA.AZ