Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üsteli qəbul edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Prezident İqamətgahında keçirilən görüşdə Ərdoğanı 72 yaşını tamam olması münasibətilə təbrik edən Baş nazir deyib: "Əvvəlcə ad gününüz mübarək. Yaxşı ki, varsınız. Yaxşı ki, Türkiyənin başındasınız. Siz güclü bir Türkiyə yaratdınız. Şimali Kipr Türk Respublikası olaraq, gücünüz sayəsində rahat yaşayırıq".
Görüş daha sonra mətbuata qapalı keçib.
Qeyd edək ki, görüşdə vitse-prezident Cövdət Yılmaz və xarici işlər naziri Hakan Fidan da iştirak edib.
Firudin Səfərli
Mia.az
