İsrailin Bakıdakı səfirliyi Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
Mia.az xəbər verir ki, başsağlığında deyilir: "Səfirlik adından Azərbaycan xalqına və Xocalı faciəsi qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı veririk. Həyatını itirən günahsız insanların xatirəsini ehtiramla yad edir və zərər çəkmiş hər kəsə ən dərin rəğbətimizi bildiririk. Qurbanların xatirəsi daim yaşasın və sülh ilə qarşılıqlı anlaşma qalib gəlsin".