Xocalı soyqırımı bəşər tarixinin insanlıq əleyhinə törədilmiş ən ağır və qəddar cinayətlərindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına qarşı həyata keçirilmiş bu kütləvi qırğın dinc əhalinin ağır itkiləri ilə nəticələnib. Lakin xalqımızın iradəsi, milli birliyi və azadlıq əzmi heç vaxt sarsılmayıb.
Mia.az xəbər verir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar və lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin olunub, işğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Xocalı rayonunda dövlət bayrağımız qürurla dalğalanmağa başlayıb. Bu gün Xocalıda ucalan üçrəngli bayrağımız tarixi ədalətin bərpasının rəmzidir.
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar olaraq İqtisadiyyat Nazirliyinin rəhbərliyi faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzülüb, soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad olunub.