Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, Azərbaycan elmində əldə olunmuş yeniliklərin müzakirə edildiyi toplantıda AMEA Rəyasət Heyətinin üzvləri, elmi müəssisə rəhbərləri və müxtəlif dövlət qurumlarının rəsmiləri iştirak ediblər. Toplantıda illik hesabat çıxışları səsləndirilib, ötən ilin elmi nəticələri və qarşıya qoyulan digər məsələlər diqqətə çatdırılıb.
Qafqazinfo-nun yazdığına görə, maraqlı məqam isə iclas zamanı zaldakı sükut olub. Belə ki, elmi mövzuların müzakirə edildiyi tədbirdə aralarında alimlərin yer aldığı bəzi iştirakçıların mürgülədiyi müşahidə olunub. Bu da müzakirələrin maraqsız və sönük keçdiyinə diqqət çəkib.
İclas zalından paylaşılan şəkillər müzakirələrə səbəb olub.
Metbuat.az-ın araşdırması zamanı məlum olub ki, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvləri arasında yaşı 90-ı ötən, hətta 100-ü haqlayan alimlər də var.
AMEA-nın həqiqi üzvü olan qocaman alimlərin bəzilərinin doğum tarixlərini təqdim edirik:
Akademik Eldarov Ömər Həsən oğlu – 99 yaş
Akademik Əliyev Seyfəddin Vəli oğlu – 96 yaş
Akademik Salmanov Məmməd Əhəd oğlu – 94 yaş
Akademik Əlizadə Akif Ağa Mehdi oğlu – 92 yaş
Akademik Əliyev Telman Abbas oğlu – 91 yaş
Akademik Babayev Məhərrəm Pirverdi oğlu – 89 yaş
Akademik Məmmədov Pərviz Ziya oğlu – 89 yaş
Akademik Səfərova Zemfira Yusif qızı – 89 yaş
Akademik Babazadə Vasif Məmməd Ağa oğlu – 88 yaş
Akademik Mehdiyev Ramiz Ənvər oğlu – 88 yaş
Akademik Fərzəliyev Vaqif Məcid oğlu – 87 yaş
Akademik Cəfərov Təyyar Cümşüd oğlu – 87 yaş
Akademik Mahmudov Yaqub Mikayıl oğlu – 87 yaş
Aakdemik Rizayev Ramiz Həsən Qulu oğlu – 87 yaş
Akademik Abdinov Cavad Şahvələd oğlu – 86 yaş
Akademik Əliyev Ağadadaş Mahmud oğlu – 86 yaş (Metbuat.az)